AZ

Tokayevin İrəvan səfərindəki mühüm DETALLAR: Hansı müzakirələr APARILDI?

“Diqqət yetirilməli məqam həmin görüşün təsadüfi olmamasıdır”.

Bunu Yenicag.az-a açıqlamasında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına nail olunması üçün Qazaxıstanın vasitəçilik təşəbbüsün verə biləcəyi nəticədən danışan poltioloq Cümşüd Nuriyev deyib.


Onun sözlərinə görə, ilk olaraq hər bir dövlətin göstərdiyi təşəbbüsdə hansısa maraqlarının olduğu nəzərə alınmalıdır.

“Əlavə olaraq Qazaxıstan və Azərbaycan Türk Dövətləri Təşkilatında təmsil olunan ölkələrdir. Eyni zamanda Azərbaycan-Qazaxıstan arasında dostluq münasibətləri hökm sürür. Belə olan təqdirdə, Qazaxıstanın Prezidenti Qasım-Jomart Tokayevin İrəvana səfərində Azərbaycanla bağlı müsbət müzakirələrin aparıldığı danılmazdır”, – deyə o əlavə edib.

C.Nuriyev deyib ki, cəmiyətə təqdim olunan informasiya hər şey demək deyil:

“Hələ ki atılan bu addımda maraqların nə olduğunu, sülh müqaviləsinin imzalanması üçün hansı addımların atıldığını bilə bilmərik. Ancaq diqqət yetirilməli məqam həmin görüşün təsadüfi olmamasıdır”.

Nəsimi Ələsgərli

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla