AZ

3-cü divizionun oyununu 170 min adam izlədi

Həftəsonu Türkiyənin 2-ci liqasının, yəni 3-cü divizionunun qırmızı qrupunda maraqlı oyun keçirildi.

Lider ''Amed Sportif'' ən yaxın izləyicisi ''Kastamonuspor''un qonağı oldu. Diyarbəkir bölgəsini təmsil edən ''Amed Sportif'' ilk dövrədə öz meydanında 1:2 hesabı uduzduğu rəqibi bu dəfə səfərdə 1:0 hesabı ilə yenərək xal fərqini 6-ya yüksəltdi. ''Yutub''dan canlı yayımlanan bu qarşılaşmaya marağın hədsiz dərəcədə böyük olması diqqət çəkdi.

Bilindiyi kimi Türkiyə Futbol Federasiyasının yeni qərarı ilə artıq 2 və 3-cü liqanın oyunları bu qurumun ''yutub'' səhifəsindən canlı yayınlanır. ''Kastamonuspor'' - ''Amed Sportif'' matçını 160 min insan izlədi. Hətta son 10 dəqiqədə bu rəqəm 170 minə yüksəldi! Halbuki bu turnirlərin ''yutub''dan yayınlanan digər oyunlarını orta hesabla yalnız 10 mən nəfər izləyirdi. Sözügedən qarşılaşmanı isə tribunadan 4000 nəfər izlədi. Çünki ''Kastamonuspor''un stadionunun tutumu məhz bu qədərdi.

ƏLİ

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla