AZ

Bakıda 9 şagird maksimum nəticə göstərdi -

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin 9 şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstəriblər.Metbuat.az xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb. Məlumata görə, martın 10-da keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 62 nömrəli məktəb-liseyin şagirdi Rəsul Həsənli, 28 nömrəli tam orta məktəbin şagirdi Ayla Əzimli, 57 nömrəli tam orta məktəbin şagirdi Rəbiyyə Əlizadə, 36 nömrəli tam orta məktəbin şagirdləri Jalə Xasıyeva və İlkin Əliyev, 329 nömrəli tam orta məktəbin şagirdi Ülkər Mirzəli, 238 nömrəli tam orta məktəbin şagirdi Nərmin Cəfərova, 72 nömrəli məktəb-liseyin şagirdi Fidan Rüstəmli, “Ankara məktəbi” məktəb-liseyin şagirdi Məhəmməd Əliyev 300 bal toplayıblar.

Seçilən
3
35
Mənbələr
Şərh ()
Bağla