AZ

Türkiyədə KEMANKEŞ kruiz raketinin sınaq prosesi başlayıb

Bakı. Trend:

BAYKAR şirkəti tərəfindən hazırlanan yeni nəsil KEMANKEŞ 2 minismart kruiz raketinin sınaq prosesi başlayıb.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyə hərbi mənbələrindənbildirilib.

Məlumata əsasən, təxminən 1 saat havada qala bilən mini smartqanadlı raket, reaktiv mühərriki sayəsində sürətlə səyahət edəbiləcək və düşmən xəttinin arxasındakı ən riskli hədəflərə qarşıtəsirli olacaq.

200+ kilometr uçuş məsafəsi olan KEMANKEŞ 2, süni intellektlədəstəklənən optik bələdçilik sistemi sayəsində hədəfini tanıyacaqvə çətin hava şəraitində belə onu tam dəqiqliklə məhv etməkqabiliyyətinə sahib olacaq .

Bundan əlavə, gecə və gündüz şəraitində istifadə oluna bilənKEMANKEŞ 2, tıxaclara qarşı texnologiyası sayəsində elektrontıxaclardan təsirlənmədən işləyə biləcək. KEMANKEŞ 2, əldə etdiyibütün məlumat və şəkilləri yer idarəetmə stansiyasına ötürərəkistifadəçiyə məlumatların izlənməsində dəstək olacaq.

Qeyd edək ki, Baykar tərəfindən strateji hədəflərə qarşıistifadə üçün milli və yerli olaraq hazırlanmış mini smart qanadlıraketin ilk versiyası olan KEMANKEŞ 1 ilk dəfə 27 aprel - 1 maytarixləri arasında Atatürk Hava Limanında keçirilən TEKNOFEST 2023sərgisində ictimaiyyətə nümayiş etdirilib. 14 iyun 2023-cü ildəBayraktar TB2 PUA-dan atəş açaraq ilk atış sınağını uğurlatamamlayıb.

Məqalədə:
Seçilən
21
Mənbələr
Şərh ()
Bağla