AZ

17-ci əsrə aid tarixi birja binasında yanğın

Aprelin 16-da 17-ci əsrə aid keçmiş Kopenhagen birjası olan “Borsen” tarixi binasında güclü yanğın baş verib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın nəticəsində binanın əsas bəzəyi dağılıb.

Polis binanın yerləşdiyi küçəni bağlayıb və ətrafda təhlükəsizlik tədbirləri görüb.

Hadisə yerinə yanğınsöndürənlər gəlib.

Tarixi bina ilə yanaşı, parlament də daxil olmaqla ətrafdakı binaların sakinləri də təxliyə edilib.

Ölən və yaralananlar olmayıb.

Kopenhagen Fond Birjasının keçmiş binası ictimaiyyət üçün bağlıdır və vaxtaşırı qala gecələri və konfranslar keçirilir.

Seçilən
9
Mənbələr
Şərh ()
Bağla