AZ

Yaşar Gülər: Türkiyə dünyada təhlükəsizlik, sülh və sabitliyə ciddi töhfə verir

Yaşar

Ankara, 16 aprel, AZƏRTAC

Türkiyə geosiyasi mövqeyi və köklü strateji yanaşması sayəsində həm regionda, həm də dünyada təhlükəsizlik, sülh və sabitliyə ciddi töhfə verir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər səsləndirb. Onun sözlərinə görə, rəsmi Ankara regionda yaşanan böhranların həlli üçün müvafiq ölkələrlə aktiv dialoq aparmaqla yanaşı, beynəlxalq müstəvidə əvəzedilməz və ciddi təsirə malik aktor kimi addımları davam etdirir.

Nazir bildirib ki, Türkiyənin düşünülmüş mövqeyi regional problemlərin uzun müddətli həllində rasional və məqbul addımlar atmağa imkan yaradır.

“Biz bütün qonşu dövlətlərlə xoş münasibət və əməkdaşlığın tərəfdarıyıq. Bölgəmizdə təhlükəsizliyin, sülh və əmin-amanlığın bərqərar olması istiqamətində səylərimizi davam etdirəcəyik”, - deyə nazir vurğulayıb.

Gülər, həmçinin Türkiyə Silahlı Qüvvələrinin bütün proqram və fəaliyyətlərinin müvafiq dövlət strukturları ilə koordinasiyalı şəkildə həyata keçirdiyinə diqqət çəkib.

Ramin Abdullayev

AZERTAC -ın xüsusi müxbiri

Ankara

Seçilən
44
1
Mənbələr
Şərh ()
Bağla