AZ

Xəzərdə süni torpaq yaradılması ilə bağlı layihə plenar iclasa tövsiyə olundu

Bak. Trend:

Aprelin 16-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğukomitəsinin növbəti iclası keçirilib. Milli Məclis sədrinin birincimüavini, komitənin sədri Əli Hüseynli gündəliyə birinci oxunuşda 5məsələnin daxil edildiyini söyləyib.

Parlamentdən Trend-ə verilən məlumata görə, Komitə sədri birinciməsələnin “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasınamənsub olan bölməsində süni torpaq sahələrinin yaradılmasıhaqqında” qanun layihəsi olduğunu bildirib. O, layihənin beynəlxalqtəcrübəyə əsasən hazırlandığını, ölkə Konstitusiyasına, bu sahədəqoşulduğumuz konvensiyalara uyğun olduğunu deyib.

Sonra iclasda iştirak edən Dövlət Şəhərsalma və ArxitekturaKomitəsi Aparatının rəhbəri Rəşad İsmayılov qanun layihəsi barədəməlumat verib. Diqqətə çatdırılıb ki, dəniz akvatoriyasında tökmətorpaq üzərində tikinti obyektlərinin inşası, o cümlədən yaşayışbinalarının tikintisi son dövrlərdə dünyada geniş vüsət alıb.Bununla əlaqədar olaraq Xəzər dənizinin Azərbaycan Respublikasınamənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaqsahələrinin yaradılması məsələsinin aktuallığı və müvafiq qanunlayihəsinin hazırlanması zərurəti qeyd olunub.

Bildirilib ki, layihədə Xəzər dənizinin AzərbaycanRespublikasına mənsub olan bölməsində torpağın və ya qruntundaşınıb tökülməsi, yaxud səpilməsi yolu ilə və ya başqa üsullardanistifadə olunmaqla yaradılan torpaq sahəsi süni torpaq sahəsiolaraq qeyd edilir. Sənəddə süni torpaq sahələrinin yaradılmaformaları və süni torpaq sahələrinin yaradılmasına dair ümumitələblər, süni torpaq sahəsinin yaradılması üçün müraciət vəmüraciətə baxılması qaydaları öz əksini tapıb. Bununla yanaşı, sünitorpaq sahəsinin yaradılması məqsədilə su fondu torpaq sahəsininayrılması barədə qərarla bağlı müddəalar, həmçinin süni torpaqsahələrinin yaradılması və həmin torpaq sahəsində tikintifəaliyyətinin xüsusiyyətləri, mülkiyyət və icarə münasibətlərinintənzimlənməsi məsələləri təsbit olunur.

Sonra “Dövlət qulluğu haqqında” Azərbaycan RespublikasınınQanununda dəyişiklik, “Azərbaycan Respublikasının ərazisindədövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilənnarkotik vasitələrin, psixotrop maddələrin, habelə AzərbaycanRespublikasının ərazisində idxalına, ixracına, tranzit nəqledilməsinə və istehsalına lisenziya tələb olunan prekursorlarınsiyahıları”nda dəyişiklik və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsində, Ailə Məcəlləsində və “Dövlət rüsumuhaqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsibarədə qanun layihəsi müzakirə edilib.

İclasda gündəlikdə olan qanun layihələrinin hər biri MilliMəclisin plenar iclasına birinci oxunuşda tövsiyə olunub.

Məqalədə:
Seçilən
41
Mənbələr
Şərh ()
Bağla