AZ

Daşkənd şəhəri MDB-nin gənclər paytaxtı oldu

Daşkənd

Bakı, 16 aprel, AZƏRTAC

Daşkənd şəhərinə “MDB-nin gənclər paytaxtı” statusunun verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Özbəkistan, Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın nümayəndə heyətlərinin rəhbərləri iştirak ediblər.

Xatırladaq ki, Daşkəndin MDB-nin ilk gənclər paytaxtı olması barədə qərar Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının 2023-cü il iyununda Soçidə keçirilən iclasında qəbul edilib.

2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin yeni gənclər paytaxtı Azərbaycanın Qəbələ şəhəri olacaq.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla