AZ

Yalan vədlərə inanmayın! - QMİ-dən ÇAĞIRIŞ

Qafqaz Müsəlmanları İdarəsi vətəndaşları bəzi işbazların Həcc ziyarəti ilə bağlı vədlərinə inanmamağa çağırıb.

QMİ-dən Day.Az-a verilən məlumata görə, bəzi işbaz şirkətlər və yaxud fərdlərin insanları aldadır.

Belə ki, keçən il Həcc mövsümündən sonra, yəni iyul ayının sonunda Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyi bir çox ölkələrə, o cümlədən, Azərbaycan vətəndaşlarına elektron viza almaq şəraitini yaradıb.

Bəzi işbaz şirkətlər və yaxud fərdlər bu elektron viza ilə insanları aldadaraq, onları daha ucuz qiymətə Həcc ziyarətinə aparacaqlarına vəd veriblər. Hazırda təxminən 500-ə yaxın vətəndaş bu işbazların qurbanına çevrilib.

Bildirilib ki, Həcc ziyarətinin xüsusi qaydaları mövcuddur. Belə ki, Həcc ziyarəti üçün xüsusi viza alınır və yalnız həmin viza ilə Həcc ziyarətinə getmək mümkündür, yəni Krallıqda Həcc ziyarəti üçün xüsusi sahələr mövcuddur. Qeyd olunan viza olmadan Həcc ziyarətinə getmək istəyənləri çoxsaylı deportlar və cərimələr gözləyir.

Seçilən
26
4
Mənbələr
Şərh ()
Bağla