AZ

Emin Əmrullayev: Dünya universitetlərinin reytinq siyahısında yer almaq üçün ixtisaslaşma vacib rol oynayır

Emin

Bakı, 16 aprel, Aysel Azad, AZƏRTAC

Azərbaycan Dillər Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti beynəlxalq “QS dünya universitetlərinin fənlər üzrə reytinqi”ndə yer alıb. Bu reytinq statistikası ötən akademik ildə sistemə daxil olan məlumatlar əsasında hazırlanıb. İnanıram ki, növbəti ildə bu istiqamətdə universitetlərimizi daha çox görəcəyik.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, “QS dünya universitetlərinin fənlər üzrə reytinqi”ndə yer almaq üçün ixtisaslaşma vacib rol oynayır: “Bakı Slavyan Universitetinin oraya düşmək imkanı daha çoxdur, nəinki Bakı Dövlət Universitetinin Kimya fakültəsinin. Çünki dünya ölkələrinin universitetlərində Kimya fakültəsi çoxdur.

Azərbaycan Dillər Universiteti çox ixtisaslaşmış ali təhsil müəssisəsidir. Dünyada müasir dillər sahəsində çox az belə ixtisaslaşmış universitetlər var. O nöqteyi-nəzərdən Azərbaycan Dillər Universitetinin bu siyahıya düşməsi gözlənilən olduğu qədər, həm də sevindiricidir. İnanıram ki, növbəti illərdə ayrı-ayrı sahələr üzrə Azərbaycan universitetlərini bu siyahıda görə biləcəyik”.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla