AZ

"Yol kəsmənin cəzası ağır olmalıdır" - Nəqliyyat eksperti

Milli Məclisin üzvü Naqif Həmzəyev parklanma ilə bağlı tariflərə yenidən baxılacağına ümid etdiyini bildirib.Deputatın sözlərinə görə, nəzərə almaq lazımdır ki, parklanma yerlərinə yaxın ərazilərdə yaşayan insanlar 24 saat ərzində parklanma xidmətindən istifadə edə bilirlər, lakin sözügedən ərazilərə yaxın yerlərdə işləyənlər isə gün ərzində ən çox 8-9 saat parklanmadan yararlanırlar.

Mövzu ilə bağlı BiG.AZ-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, yol kəsmənin cəzası ağır olmalıdır.Əgər maşın varsa, onun park yerinin qiyməti olmalıdır. Qiyməti olmadığı müddətdə daha çox maşının gəlməsinə, daha çox tıxacın yaranmasına və şəhərin iflic olmasına gətirib çıxaracaq:

"Ümumiyyətlə parklanma çəkindirici alətdir. Onun qiyməti zonaya uyğun olaraq mərkəz daha baha, digər zonalar daha ucuz olur. Bunun da məqsədi o deyil ki, buradan pul qazanılsın. Parklanmanın əsas qayəsi çəkindirməkdir. Yəni, ictimai nəqliyyatın təşkili yönündə verilmiş qərarlardandır. Güzəşt yalnız həmin əraziyə yaxın yaşayan, qeydiyyatda olan insanlara aiddir. Amma insanların işə gedib-gəlməsi öz qərarıdır və verilmiş qərar da mövcud reallığa uyğun formalaşacaq. Əgər maşın varsa, onun park yerinin qiyməti olmalıdır. Qiyməti olmadığı müddətdə daha çox maşının gəlməsinə, daha çox tıxacın yaranmasına və şəhərin iflic olmasına gətirib çıxaracaq. Parklanmanın qiymətləri elan olunandan sonra maşından daha çox park yerləri müşahidə olunur. Bu da tələb-təklif əsasında formalaşır. Bu növ həlləri dünya şəhərləri illərdir tətbiq edir. Biz 5 il gecikmişik. Dayanıqlı şəhərin birinci elementi parklanmadır. İkinci əvəzedici çesidli ictimai nəqliyyatın olmasıdır. Ümumiyyətlə yol kəsmənin cəzası ağır olmalıdır. İstər səkini, istər zebra, istər avtobus zolağına daxil olmaq cərimə olunmaqla yanaşı, həftəlik statistika da göstərilməlidir ki, nə qədər avtomobil qaydanı pozub və bu təkrar olunarsa, növbəti addım nə olacaq".


BiG.Az
Seçilən
39
Mənbələr
Şərh ()
Bağla