AZ

Qəzzada ölənlərin sayı 33,8 mini keçdi


İsrailin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından bu yana həlak olan fələstinlilərin sayı 33 843 nəfərə çatıb, 76 575 fələstinli isə yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi “Telegram” kanalında məlumat yayıb.
“Ötən il oktyabrın 7-dən Qəzzada İsrailin təcavüzü qurbanlarının sayı 33 843 nəfərə yüksəlib, 76 575 nəfər isə yaralanıb”, - məlumatda bildirilib.
Qəzza Səhiyyə Nazirliyi həmçinin qeyd edib ki, təkcə son 24 saat ərzində anklavda ölənlərin sayı 46, yaralananlarınsayı isə 110 nəfər olub.
Ölənlərin bəzilərinin cəsədləri dağıntılar altındadır və xilasedicilər və həkimlər hələ onlara çata bilmirlər.
Seçilən
38
1
Mənbələr
Şərh ()
Bağla