AZ

Əsgərin otağından ölümcül element tapıldı, Müdafiə Nazirliyi hərəkətə keçdi

Avstraliyanın Sidney şəhərindəki "Holsworthy" kazarmasında əsgər otağına basqın zamanı təhlükəli element aşkarlanıb.

Ölkə.Az xəbər verir ki, bu barədə Avstraliya Yayım Korporasiyası (ABC) məlumat yayıb.

Adının açıqlanmasını istəməyən mənbələr əsgər otağına basqın zamanı uran tapıldığını qeyd ediblər.

Müdafiə Nazirliyi otaqdan “təhlükəli potensial” maddəsinin çıxarıldığını və bunun ordunun fəaliyyəti ilə bağlı olmadığını açıqlayıb.

Basqın zamanı ələ keçirilən az miqdarda uranın təhlükəsizliyinin təmin edildiyi və hərbçilərin sözügedən maddəni internet vasitəsilə aldığını bildirilib.

Billurə

 

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla