AZ

Premyer Liqa: 33-cü və 24-cü turların oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün növbəti 2 turunun (33 və 34-cü turların) oyun proqramı açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Həm 33-cü, həm də 34-cü turun oyunları üç gün ərzində keçiriləcək. 33-cü turun matçları 4-6 may aralığında baş tutacaq. 34-cü turun görüşləri isə 10-12 may tarixlərində keçiriləcək.

33-cü tura təsadüf edəcək “Qarabağ” – “Neftçi” matçı mayın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu oyuna saat 19:30-da start veriləcək.

Xatırladaq ki, Azərbaycan çempionatının yüksək dəstəsində 2023/2024 mövsümünün geridə qalmış 30 turundan sonra “Qarabağ” 72 xalla vahid liderdir və artıq çempionluğu təmin edib. “Neftçi” 47 xalla ikinci, “Zirə” 36 xalla üçüncü, “Sumqayıt” 44 xalla dördüncü, “Sabah” 43 xalla beşinci, “Turan Tovuz” 42 xalla altıncıdır.

Premyer Liqa

33-cü tur

4 may

“Kəpəz” – “Sumqayıt”
Tovuz şəhər stadionu, 16:30.

“Qarabağ” – “Neftçi”
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30.

5 may

“Turan Tovuz” – “Zirə”
Tovuz şəhər stadionu, 16:30.

“Araz-Naxçıvan” – “Sabah”
Mərdəkan. “Dalğa Arena”, 19:00.

6 may

“Səbail” – “Qəbələ”
“Bayıl Arena”, 19:00.

34-cü tur

10 may

“Neftçi” – “Kəpəz”
Bakı. “Neftçi Arena”, 19:00.

11 may

“Araz-Naxçıvan” – “Turan Tovuz”
Mərdəkan. “Dalğa Arena”, 17:00.

“Zirə” – “Qarabağ”
Zirə İdman Kompleksi stadionu, 19:30.

12 may

“Qəbələ” – “Sabah”
Qəbələ şəhər stadionu, 17:00.

“Sumqayıt” – “Səbail”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.

Seçilən
37
1
Mənbələr
Şərh ()
Bağla