AZ

Azərbaycanda Türkiyənin Sığorta Birliyinə bənzər təşkilatın yaradılması nəzərdə tutulur

Azərbaycanda

Bakı, 16 aprel, AZƏRTAC

Bu gün Bakıda keçirilən “Azərbaycan Insurtech Zirvə” toplantısı Azərbaycan və Türkiyənin sığorta sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır. Azərbaycan və Türkiyə sığorta şirkətləri arasında görüşlər 2020-ci ildən keçirilməyə başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin Sığorta, Özəl Pensiya Tənzimləmə və Nəzarət Agentliyinin sədri Davut Menteş deyib.

Onu sözlərinə görə, iki ölkə arasında Sığorta Şirkətləri Birliyi 2020-ci ildə keçirilən zirvə toplantısı zamanı qurulub.

“2022-ci ilin may ayında Türk Dövlətləri Sığorta Şirkətləri Birliyi təsis olundu. Bu gün keçirilən “Azərbaycan İnsurtech Zirvə” tolantısını 2020-ci ildən başlayan işlərin növbəti addımı kimi qəbul edirəm. Türkiyədə mövcud Sığorta Şirkətləri Birliyi kimi bir təşkilatın Azərbaycanda da yaradılması və inkişaf etdirilməsi planlaşdırılır. Bizimlə Türkiyədən 80-dək sığorta nümayəndəsi Bakıya gəlib. Onlardan 15i şirkət nümayəndələri, 15-i isə “insurtech” startap təsisçiləridir", - deyə D.Menteş əlavə edib.

 

Seçilən
24
1
Mənbələr
Şərh ()
Bağla