AZ

"Bayer"in direktoru: "Xabi Alonso "Real"ın baş məşqçisi olacaq"

style='margin-bottom:10px;'>

"Bayer"in baş direktoru Fernando Karro komandanın baş məşqçisi Xabi Alonsonun gələcəyi haqda danışıb.

QOL.az xəbər verir ki, o, mütəxəssisin "Real"a rəhbərlik edəcəyinə əmin olduğunu bildirib.

“Bir gün Xabi Alonsonun "Real"ın baş məşqçisi olacağına şübhəm yoxdur. Sıfır şübhə! Yeganə sual onun "Real"a nə vaxt müqavilə bağlayacağıdır. Amma olacaq, buna inanın. Mən buna əminəm”.

Qeyd edək ki, 2 gün əvvəl "Bayer" Almaniya Bundesliqasında sona 5 tur qalmış çempionluğu rəsmiləşdirib. Bu, klub tarixində ilk ölkə çempionluğudur.

Seçilən
25
1
Mənbələr
Şərh ()
Bağla