AZ

“Tesla” 14 min əməkdaşını ixtisar etməyi planlaşdırır

Bakı. Trend:

ABŞ-ın “Tesla” elektromobil istehsalçısı 140 min əməkdaşındantəxminən 14 minini ixtisar etməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə kompaniyanın Baş direktoru İlonMaskın əməkdaşlarına göndərdiyi məktubda deyilir.

“Biz işçilərimizin 10 faizdən çoxunu ixtisar etmək barədə çətinqərar qəbul etdik. Mənim üçün bundan çətin heç nə yoxdur, lakinbunu etməyə məcburuq”, - deyə məktubda bildirilir.

Bu, kompaniyanın son aylar həyata keçirdiyi ikinci ixtisardalğasıdır. Fevral ayında “Tesla” rəhbərliyindən komandadakı “ənmühüm rolları” müəyyənləşdirmək, həmçinin bəzi əməkdaşlarıneffektivliyini nəzərdən keçirmək tələb olunub.

Qeyd edək ki, “Tesla” elektromobil zavodu üçün yer axtarmaqməqsədilə yaxın günlərdə Hindistana mütəxəssislərdən ibarət qrupgöndərməyə hazırlaşır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Seçilən
12
2
Mənbələr
Şərh ()
Bağla