AZ

Azərbaycan Təhsil İşçiləri Tbilisidə Axundov adına məktəbi ziyarət ediblər – FOTOLAR

 

“Academix” İnkişaf və Karyera Mərkəzinin təşkilatçılğı ilə, Gürcüstanda səfərdə olan Azərbaycanın təhsil işçiləri Tbilisi şəhəri Mirzə Fətəli Axundov adına 73 saylı orta məktəbi ziyarət ediblər.

Yenicag.az xəbər verir ki, 

Tbilisi şəhərində yerləşən Mirzə Fətəli Axundov adına 73 saylı orta məktəbin direktoru Salman Pirməmmədov Azərbaycandan gələn heyətə məktəb barədə ətraflı məlumat verib.

Daha sonra azərbaycanlı müəllimlər dərslərdə iştirak edərək Gürcüstan təhsilində texnoloji yeniliklər və məktəbin idarəolunması mövzusunda məlumatlanıblar.

Eyni zamanda azərbaycanlı müəllimlər ölkəmizdə həyata keçirilən təhsil islahatları haqda gürcüstanlı həmkarlarına məlumat veriblər.

Qeyd edək ki, “Academix” İnkişaf və Karyera Mərkəzinin təşkilatçılğı və “Peak Network”un tərəfdaşlığı ilə Şərq Qərb Universitetində keçirilən “İnkişaf və karyera” seminarında Bakı şəhərindən məktəb rəhbərləri, müəllimlər, QHT təmailçiləri və media təmsilçiləri iştirak edib.

Seçilən
28
1
Mənbələr
Şərh ()
Bağla