AZ

Qədim tikili yanaraq uçub

Kopenhagendə şəhərin ən qədim tikililərindən biri olan birja binası yanıb.

Herbiand.az İnterfaks-a istinadən xəbər verir ki, yanğın zamanı binanın bir-birinə dolaşmış əjdaha quyruğu formasında hazırlanmış 56 metrlik məşhur şpül dağılıb. Damda başlayan yanğın binanın digər hissələrinə keçərək genişlənib. Məlumatda bildirilir ki, yanğının səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, XVII əsrə aid birja binası parlamentin toplaşdığı Kristiansborq sarayının yaxınlığında yerləşir və turistlərin ən çox ziyarət etdiyi yerdir. Hazırda burada Danimarka Ticarət Palatası yerləşir.

Elnure İSAXAN

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla