AZ

Bu il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının məşəli Yunanıstanda alovlandırılıb - VİDEO

2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının məşəli Yunanıstandakı qədim Olimpiyada yandırılıb.

BAKU.WS Tass-a istinadən xəbər verir ki, tədbir Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropulou, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax, Yunanıstan Milli Olimpiya Komitəsinin rəhbəri Spiros Kapralos və digər rəsmi şəxslərin iştirakı ilə keçirilib.

Yunanıstanın Milli Olimpiya Komitəsi (MOK) avarçəkmə üzrə Olimpiya çempionu Stefanos Douskosun Yunanıstanın ilk olimpiya məşəlini daşıyacağınl və bunun ardınca Yunanıstanda 11 günlük Olimpiya məşəlinin estafetinin başlanacağını açıqlayıb.

Məşəl 600 nəgər tərəfindən daşınacaq, o, ölkənin 13 bölgəsini, 7 adasını, 43 şəhərini, 41 bələdiyyəsini, 5 icmasını, iki Olimpiya muzeyində (Afina və Saloniki) 10 arxeoloji abidəni ziyarət edəcək. Olimpiya məşəli Yunanıstan ərazisi boyunca 5202 km və dənizləri boyunca 563 dəniz mili (təxminən 1043 km) qət edəcək.

Qeyd edək ki, Paris-2024-ün açılış mərasimi iyulun 26-da Sena çayı üzərindəki "Jardins du Trocadero"da baş tutacaq.

Seçilən
38
1
Mənbələr
Şərh ()
Bağla