AZ

700 bala NAMİZƏD: “Repetitorların sayəsində 300 bal topladım”

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən martın 10-da keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahanda iştirak etmiş 39 şagird maksimum nəticə göstərib.

 

AzEdu.az Təhsil Portalı olaraq 300 bal toplamış “Ankara məktəbi” məktəb-liseyin 11-ci sinif şagirdi Əliyev Məhəmməddən müsahibə aldıq.

 

Məhəmməd bildirdi ki, o, 300 bal toplayacağını gözləsə də, bir qədər şübhə edirmiş:

 

“Təxmini 295 bal gözləyirdim. Nəticələrin bu gün elan olunacağını düşünmürdüm. Sinif yoldaşımın yanındaykən telefonda mesajları yoxlayırdım. O anda imtahan nəticələrinin açıqlandığını gördüm. 300 balı görəndə sevincimdən yerə-göyə sığımırdım”.

 

Müsahibimiz qeyd etdi ki, o, Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almaq istəyir:

 

“Hədəfim UNEC-in informasiya təhlükəsizliyi (tədris ingilis dilində) ixtisasında təhsil almaqdır. İmtahana hazırlıq üçün repetitor yanına gedirdim. Onların sayəsində 300 bal topladım”.

 

Məhəmmədin sözlərinə görə o,  imtahan üçün çox çalışmayıb, sadəcə zehni güclü olub:

 

“Mənim məlumatları qavramağım çox yaxşıdır. Ona görə də imtahan üçün çox hazırlaşmırdım. Ancaq şagirdlərə tövsiyəm odur ki, onlar əsasən zəif olduqları fənlər və mövzulardan çox hazırlaşsınlar. Beləcə yüksək bal toplaya bilərlər”.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla