AZ

Rusiya genişmiqyaslı hücuma hazırlaşır, fəlakətə səbəb ola bilər - ISW

Rus ordusu yayın əvvəlində Ukraynaya genişmiqyaslı hücuma hazırlaşır. Əgər o vaxta qədər ABŞ Ukraynaya hərbi yardımla təmin etməzsə, rus ordusunun əməliyyatı Ukrayna Silahlı Qüvvələri üçün ciddi problemə çevriləcək.

Ölkə.Az xəbər verir ki, bu barədə ISW hesabatında deyilir. 

ISW-nin hesabatında deyilir ki, Amerikanın Ukrayna ordusuna dəstəyi Rusiyanın başladacağı hücum əməliyyatlarına qarşı müdafiə qabiliyyəti artırmaq baxımdan çox vacibdir .

Hesabatda qeyd olunur ki, Qərbin hərbi yardımı olmadan Rusiya ordusunun həyata keçirəcəyi əməliyyat Ukrayna ordusu üçün fəlakətli dərəcədə çətin olacaq.

"Rusiya qüvvələri hazırda Ukraynanın maddi çatışmazlığından istifadə edərək kiçik taktiki nailiyyətlər əldə edir. Bununla belə, ABŞ Ukraynaya dəstəyini gecikdirməyə davam edərsə, Rusiyanın gələcək hücum əməliyyatları, xüsusən də Baxmutun qərbində daha əhəmiyyətli və təhdidedici uğurlar əldə edə bilər”, - ISW ekspertləri hesab edir.

Mürtəza
Ölkə.Az

Seçilən
21
50
Mənbələr
Şərh ()
Bağla