AZ

İsrail rəsmisi İrana cavab variantlarını sadaladı

İranın regionda çoxlu maraqları var və bu, İsrailin İrana cavab variantları çoxsaylı edir.

Yenisabah.az Walla-ya istinadla xəbər verir ki, bunu adının açıqlanmasını istəməyən İsrail rəsmisi deyib.

Onun iddiasına görə, İsrailin İrana cavabı hərbi infrastruktura, silah anbarlarına hücum və rəsmilərə qarşı sui-qəsd əməliyyatları olacaq.

Rəsmi əlavə edib: "İranlılar hələ son sözünü deməyiblər və İsrail ordusu gələcək hərəkətlərə hazırlaşır".

O qeyd edib: "Biz İranın maraqlarına qarşı kütləvi hücumlar barədə düşünməliyik, lakin əsas döyüş meydanımız Qəzza zolağıdır".


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
yenisabah.az

1Mənbələr