AZ

"Yuventus"a "yox" dedi - Braziliya klubuna keçəcək

"Latsio"dan ayrılacağını açıqlayan Felipe Anderson karyerasını Braziliyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi "Palmeyras"la razılaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Anderson "Yuventus"dan da təklif alsa da, ailəvi məsələlərdən ötrü ölkəsinə qayıtmağa qərar verib.

Braziliyalı futbolçunun müqaviləsi mövsümün sonunda başa çatır. O, "Palmeyras"a azad agent kimi keçəcək.
Seçilən
26
Mənbələr
Şərh ()
Bağla