AZ

Aprelin 16-sı Beynəlxalq Səs Günüdür

Bakı. Trend:

Hər il aprelin 16-sı Beynəlxalq Səs Günü kimi qeyd olunur.1990-cı illərin sonlarında yaranan Ümumdünya Səs Günününməqsədlərindən biri də insanlara səslərinə diqqət yetirməyi vəsəsin qismən və ya tam itirilməsi hallarında dərhal mütəxəssislərəmüraciət etməyi xatırlatmaqdır.

Bu gün Mərkəzi Gömrük Hospitalında insanın səsinin sağlamlığınınqorunması, insan səsi fenomeni və onun insanların həyatındakı roluilə bağlı maarifləndirici aksiya keçirilib. Maarifləndirməaksiyasında Mərkəzi Gömrük Hospitalının lor həkimi, t.ü.f.d. ElvinƏzizov, terapevtlər – Dr.Nazilə Xəlilbəyova, Dr.Xumar Novruzova vənevroloq Dr.Mənsumə Talıbova iştirak ediblər. Həkimlərimiz bu günmüayinəyə gələn pasiyentlərə səsin qorunması ilə bağlı qısaməlumatlar veriblər.

Mərkəzi Gömrük Hospitalının otorinolarinqoloqu, t.ü.f.d.Dr.Elvin Əzizov bildirib ki, səsi qorumaq və səs aparatıxəstəliklərinin qarşısını almaq üçün ilk növbədə sağlam həyattərzinin sadə qaydalarına riayət etmək - yayda buz kimi soyuqiçkilər içməmək, soyuq mövsümdə isə çox üşüməmək, qış mövsümündəqazlı içkilər içməmək, çox ədviyyatlı yeməklər yeməmək lazımdır.Səs problemlərinin yaranmasının əsas səbəblərinə siqaret,soyuqdəymə və stresli vəziyyətlər də aiddir.

Qeyd edək ki, Beynəlxalq Səs Gününün qeyd edilməsində məqsədtibb mütəxəssislərinin, eləcə də Yer kürəsinin bütün insanlarınındiqqətini insan səsi fenomeninə, ünsiyyət qurmağa, öz emosiya vəhisslərini ifadə etməyə cəlb etməkdir. Səs sağlam və təsirliünsiyyətin vacib aspektidir, onun köməyi ilə biz bir-birimizəməlumat çatdırırıq və emosiyaları ifadə edirik. Bəzən səsimizinqayğısına qalmaq lazım olduğunu düşünmürük.

Hər zaman səsinizi qoruyun!

Seçilən
35
2
Mənbələr
Şərh ()
Bağla