AZ

Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı

Bakıda uşaq evində intihara cəhd olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Xətai rayonu, Lütfüzadə küçəsində yerləşən 3 saylı uşaq evində qeydə alınıb.

Orada qalan, 16 yaşlı qız M.A  (ad şərtidir) qollarını doğrayıb.

Uşaq evinin rəhbərliyi dərhal yeniyetməyə ilkin tibbi yardım göstərib, sonra həkim çağırıb və bu barədə polisi məlumatlandırıb.

Təcili yardım briqadası və polis uşaq evinə daxil olarkən yeniyetmə qız oradan qaçıb.

Hazırda onun tapılması istiqamətində axtarışlar davam etdirilir.

Seçilən
37
41
Mənbələr
Şərh ()
Bağla