AZ

Finaldan sonra nə etdiyimizi videolardan gördük - Vüqar Əzimov

Bakı. Trend:

Biz yarışlara, əsasən, yaxşı başlamırıq.

Trend İdman.biz-əistinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasındaAzərbaycan Basketbol Federasiyasının baş katibi Vüqar Əzimov HeydərƏliyev Beynəlxalq Aeroportunda keçirilən qarşılanma mərasimindədeyib.

O, Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığmasınınHonkonqda keçirilən Olimpiya Təsnifat Turnirində lisenziya şərhedib:

“Çili yığması ilə ilk matçda onların oyunçularının zədələnməsibizim xeyrimizə bitdi. İkinci oyun Monqolustan komandasına qarşıgərgin keçdi. Həmin matçda Tiffani Heys zədələndi, bu səbəbdən onuNiderlandla qarşılaşmada meydana buraxmadıq. Çünki riski var idi,əgər zədəli oynasa idi, yarımfinala çıxa bilməyəcəkdi. Finaldansonra nə etmişik, xəbərimiz olmayıb. Hər şeyi sonradan videolardangördük. Maksimum hər şeydən istifadə etdik. Federasiyanınqarşısında duran əsas məqsəd Honkonqdakı turniri qazanmaq idi. Çoxşadıq ki, biz arzumuza çatdıq”.

- Yarımfinalda Polşa yığmasına deyil, Niderlanda qarşımübarizə aparsaydız, yenə də lisenziya qazanılabilərdi?

- ⁠Yarımfinalda məhz Niderlandla qarşılaşmaq istəyirdik. SonAvropa çempionu olsalar da, oyun üslubumuza daha münasib biryığmadır. Amma Polşa millisi ilə qarşılaşdıq və istədiyimiznəticəni əldə etdik.

- ⁠Paris-2024 Yay Olimpiya Oyunlarına da eyni heyətləqatılacaqsız, yoxsa hansısa dəyişik olacaq?

- ⁠Bu çox aktual sualdır. Dünəndən demək olar ki, bütünjurnalistlər bu sualı mənə ünvanlayıblar. Komandamızda 5 nəfər var.Onlardan 4-ü Parisə yollanacaq. Təbii ki, bu, son yarış deyil.İyunun əvvəlində Qəbələdə dünya turu keçiriləcək. Məşqçilər heyətihəmin anda hansı basketbolçunu uyğun görsə, heyəti elə orda daaçıqlayacaq.

- ⁠Dünya turu keçən ildən fərqli, şimal bölgəsindəkeçiriləcək. Qəbələ, Quba, Bakı və s. Bunun səbəbinədir?

- ⁠Bu dəyişikliyin əsas səbəbi basketbol idman növünü bölgələrdəyayılması, kütləviliyin təmin edilməsi, xüsusilə də uşaqların buidman növünə olan maraqlarının artırılmasıdır.

Qeyd edək ki, millimiz Olimpiya Oyunlarında komanda yarışındailk dəfə təmsil olunacaq.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla