AZ

Klopp Almaniya millisini çalışdıracaq?

Yurgen Klopp Almaniya millisini çalışdıra bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat yayıb.

Qeyd olunub ki, millinin hazırkı baş məşqçisi Yulian Naqelsmannla müqavilə yenilənməsə Klopp yığaya dəvət olunacaq.

Naqelsmannın komanda ilə müqaviləsi yayda başa çatacaq.

Klopp mövsümün sonunda "Liverpul"dan ayrılacağını açıqlayıb.
Seçilən
66
Mənbələr
Şərh ()
Bağla