AZ

QMİ Həcc kvotasının azaldılmasının səbəbini açıqladı

Bakı. Trend:

Qafqaz Müsəlmanları İdarəsi bu üçün Həcc ziyarətinin kvotasınınazalmasının səbəbini açıqlayıb.

QMİ-dən Trend-əverilən məlumata görə, kvotanın azaldılmasına səbəblərdən biri bəziişbaz şirkətlər və yaxud fərdlərin insanları aldatması olub.

"Belə ki, keçən il Həcc mövsümündən sonra, yəni iyul ayınınsonunda Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyi birçox ölkələrə, o cümlədən, Azərbaycan vətəndaşlarına elektron vizaalmaq şəraitini yaradıb.

Bəzi işbaz şirkətlər və yaxud fərdlər bu elektron viza iləinsanları aldadaraq onları daha ucuz qiymətə Həcc ziyarətinəaparacaqlarına vəd veriblər. Hazırda təxminən 500-ə yaxın vətəndaşbu işbazların qurbanına çevrilib.

İkinci səbəb odur ki, Həcc Nazirliyi prosedurların erkənbitirilməsini tələb edir, bu il hərilki kimi deyil, ötən illərdənfərqli olaraq, bu il elektron sistemdə sənədləşmə və viza işlər 1ay tez bitməlidir", - qurumdan bildirilib.

Qeyd edək ki, bu il üçün Həcc kvotası 1500 təyin edilib, lakinilkin kvota 2 mindən bir qədər çox idi.

Məqalədə:
Seçilən
60
2
Mənbələr
Şərh ()
Bağla