AZ

Dünya çempionu vəfat etdi

Almaniya millisinin və Frankfurt “Ayntraxt”ının sabiq yarımmüdafiəçisi Bernd Helsenbeyn 79 yaşında vəfat edib.

Futbolpress.az xəbər verir ki, o, 14 il "Ayntraxt"ın formasını geyinib.

Komanda ilə UEFA Kubokunu və 3 dəfə Almaniya Kubokunu qazanıb.

Həmçinin Almaniya millisinin heyətində 40 oyun keçirib. 1974-cü ildə dünya çempionu, 1976-cı il Avropa çempionatının gümüş mükafatçısıdır.
Seçilən
66
Mənbələr
Şərh ()
Bağla