AZ

İlkin Süleymanovun apellyasiya şikayətinə yeni məhkəmə tərkibi baxacaq

Bakı. Trend:

10 yaşlı Nərmin Qulieyvanı öldürməkdə təqsirləndirilərək 18 ilazadlıqdan məhrum edilmiş İlkin Süleymanovun apellyasiya şikayətinəyeni məhkəmə tərkibində baxılacaq.

Trend-in məlumatına görə, buna səbəb Gəncə ApellyasiyaMəhkəməsində prosesə sədrlik edən hakim Teyyub Muxtarovun yenitəyinat almasıdır.

Yeni təyinata əsasən, o fəaliyyətini Ali Məhkəmədə davametdirəcək.

Gəncə Apellyasiya Məhkəməsində yeni məhkəmə tərkibi müəyyənedildikdən sonra İlkin Süleymanovun apellyasiya şikayətinəbaxılacaq.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakiniN.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci ilyanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçukənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraqistintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusiamansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçünaşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3(adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elanolunub.

Seçilən
31
2
Mənbələr
Şərh ()
Bağla