AZ

Əfsanəvi futbolçu öldü

Aprelin 14-də Almaniya millisinin və "Ayntraxt"ın sabiq hücumçusu Bernd Höltsenbayn vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” internet nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, martın 9-da 78 yaşını qeyd edən sabiq futbolçu uzun sürən ağır xəstəlikdən dünyasını dəyişib. Höltsenbayn 1974-cü il Dünya Çempionatının və 1976-cı il Avropa Çempionatının finallarında göstərdiyi oyunla məşhurdur. O, həlledici görüşlərdə iki qol vurub. Ümumilikdə Bernd Almaniya millisində 40 oyun keçirib və 5 qol vurub.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla