AZ

“Lufthansa” bu gündən Təl-Əviv, Əmman və Ərbilə uçuşları bərpa edəcək

“Lufthansa”

Bakı, 16 aprel, AZƏRTAC

Almaniyanın “Lufthansa” aviakompaniyası aprelin 16-da Təl-Əviv, Əmman və Ərbil şəhərlərinə uçuşları bərpa edəcək, eyni zamanda aprelin 18-dək Tehran və Beyruta uçuşlar həyata keçirilməyəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə aviakompaniyanın saytında dərc edilən məlumatda deyilir.

“Lufthansa” Yaxın Şərqdəki vəziyyəti daim izləyir və qiymətləndirir, eyni zamanda hakimiyyət orqanları ilə sıx əlaqə saxlayır”, - deyə məlumatda bildirilir.

Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda “Lufthansa” aprelin 14-də Əmman, Beyrut, Təl-Əviv və Ərbil şəhərlərinə planlaşdırılan reysləri ləğv edib. Bundan öncə isə aviakompaniya Tehrana uçuşları aprelin 18-dək dayandırmışdı.

Xatırladaq ki, İsrail aviasiyasının İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə hücumuna cavab olaraq Tehran aprelin 13-ü gecə saatlarında yəhudi dövlətini pilotsuz təyyarələr və raketlərlə atəşə tutub. Təl-Əviv isə öz növbəsində İsrailə atılan 350-yə yaxın PUA və raketlərin 99 faizini zərərsizləşdirdiyini və “Nevatim” aviabazasına cüzi ziyan dəydiyini bildirib.

Seçilən
45
1
Mənbələr
Şərh ()
Bağla