AZ

"Dənizin suyundan içməli su kimi istifadə edəcəyik" - Prezident yeni layihədən danışdı

“Bir layihəni də qeyd etməliyəm. İndi bu layihə üzərində iş aparılır. Bu da Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsidir”.

Azpost.info bildirir ki, bu sözləri prezident İlham Əliyev Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməli mərasimindəki çıxışında edib.

“Bu layihə həyata keçiriləndən sonra biz Xəzər dənizinin suyundan da həm suvarma üçün, həm içməli su kimi istifadə edəcəyik. Dünyanın bir neçə ölkəsi duzsuzlaşdırma sahəsində böyük təcrübəyə malikdir və bizim də Xəzər dənizi kimi böyük su hövzəmiz var. Təbii ki, biz bu imkandan da istifadə edəcəyik. Beləliklə, bu gün təməlini qoyduğum kanalın yaxın gələcəkdə çox böyük müsbət nəticələri olacaq”-deyə dövlət başçısı vurğulayıb.

Seçilən
39
33
Mənbələr
Şərh ()
Bağla