AZ

Dadaşov üçün mövsüm erkən bitdi

Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşovun durumuna aydınlıq gəlib.

Futbolinfo.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Berlin “Dinamo”sunun hücumçusu üçün mövsüm başa çatıb.

Məşqdə zədələnərək sıradan çıxan 32 yaşlı forvardın təxminən 4-6 həftə kollektivdən uzaq qalacağı və son turlarda komandasına kömək edəcəyi güman olunurdu. Lakin son müayinənin ardından onun mövsümün sonuna qədər oynaya bilməyəcəyi müəyyənləşib.

Qeyd edək ki, Rüfət Dadaşov bu mövsüm Almaniya Regional Liqasında 14 qol vurub.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla