AZ

Yığmanın basketbolçusu: Parisdə fəxri kürsüyə qalxmaq üçün mübarizə aparacağıq

Yığmanın

Bakı, 16 aprel, AZƏRTAC

"Biz də digər komandalar kimi, Parisdə birinci olmaq, fəxri kürsüyə qalxmaq üçün mübarizə aparacağıq”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan qadınlardan ibarət 3x3 basketbol millisinin üzvü Dina Ulyanova “Paris-2024" Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaları barədə danışarkən deyib.

O, hər bir idmançının Olimpiadada iştirak etməyi arzuladığını bildirib: “Hər zaman bunu xəyal etmişəm və çalışmışam ki, mötəbər yarışda iştirak edim. Heç vaxt hədəflərim dəyişməyib. Yarımfinalda Macarıstana qarşı keçirdiyimiz oyundan sonra hisslərimə hakim ola bilmirdim. Olimpiadaya vəsiqə qazanacağımıza inanırdım. Hər görüş gərgin keçdi. Azərbaycan millisini əzmkar komanda adlandırırdılar. Çünki geridə olsaq belə, sonadək mübarizə aparırdıq. Aleksandra Mollenhauerin qələbə atışından sonra əmin oldum ki, biz “Paris-2024”ə yollanırıq”.

35 yaşlı basketbolçu Olimpiadadakı hədəflərindən də söz açıb: “Fransada dünyanın ən güclü 8 komandası mübarizə aparacaq. Arxayınlaşmaq olmaz”.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla