AZ

"Harry Potter"in məşhur qəhrəmanının adı qarışqaya verildi - FOTO

"Harry Potter" filminin məşhur obrazlarından biri "Lord Voldemort"un adı yeni kəşf edilən qarışqa növünə verilib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Leptanilla voldemort (L. Voldemort) adı verilən qarışqa çox kiçik bədən ölçüsünə malikdir.

Onun nazik ayaqları, iti çənəsi var. Rəngi isə açıq qəhvəyidir.

Qərbi Avstraliya universitetinin professoru Mark Uonq Pilbara bölgəsində tapılan bu qarışqanın xarici görünşünün eyni ilə Voldemorta bənzədiyini deyib:

"Bu qarışqa həm "Harry Potter" filmindəki düşmən qədər qorxunc, həm də qarışqa kimi incə bir quruluşa malikdir. İkisi də kölgədə yaşayır"

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla