AZ

Cənubi Koreya XİN mübahisəli adalara görə Yaponiyaya etiraz edib

Yaponiyanın mübahisəli Dokdo (Takeşima) adalarını öz suveren ərazisi elan etməsindən sonra Cənubi Koreya Xarici İşlər Nazirliyi yapon diplomatına etiraz edib.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Yaponiya Xarici İşlər Nazirliyi həmin gün dərc olunan “Diplomatiya üzrə Mavi Kitab” adlı illik hesabatın mətnində adaların mülkiyyətinə dair mövqeyini ifadə edib.

Seul bununla razılaşmadığını bildirib və adaların “tarixi və coğrafi baxımdan Cənubi Koreyanın suveren ərazisi olduğunu” vurğulayıb.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla