AZ

"Barselona"nın transfer planı

"Barselona"nın yay transfer dönəmi üçün planı məlum olub.

Futbolpress.az "Sport" nəşrinə istinadən xəbər verir ki, bunu klubun idman direktoru Deko açıqlayıb.

Klub rəsmisi qeyd edib ki, komanda yarımmüdafiəçi və cinah oyunçusu transfer edəcək. Bundan əlavə La Liqa təmsilçisi Joao Feliks və Joao Kanselonu birdəfəlik heyətlərinə qatmağı düşünür.

Daha əvvəl komandanın "Mançester Siti"nin üzvü Bernardo Silvanı transfer edəcəyi iddia olunurdu.
Seçilən
42
1
Mənbələr
Şərh ()
Bağla