AZ

Tanınmış aktyor ucuz telefonu ilə gündəm oldu - VİDEO

Türkiyəli məşhur aktyor Mustafa Üstündağ sadə və ucuz telefonu ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, layihələrdən birinə qonaq olan aktyor bu telefonu onlayn satış səhifələrinin birindən 1600 lirəyə (təxminən 83 manat 84 qəpik) alıb.

O qeyd edib ki, bahalı telefonlara pul vermək istəmir:

"Telefon üçün o qədər də yüksək məbləğ ödəmək istəmirdim. Bu telefonu 1600 lirəyə aldım. Mənə o qədər çox funksiyalı telefon lazım deyil. Mən bloger deyiləm. Telefonla bir şey çəkəm və onu dərhal montaj edim. Niyə belə bir telefondan istifadə etməməliyəm? Mənim istifadə etdiyim tək şey WhatsApp və digər sosial şəbəkələrdir... Amma mütləq istifadə etdiyim bir planşetim də var. Çəkilişin yerini, məkanını bununla bilirəm. Çəkilən şəkillərə baxıram".

Xatırladaq ki, Mustafa Üstündağ "Ben Bu Cihana Sığmazam" serialında Behçet roluna həyat verir. 

Seçilən
33
1
Mənbələr
Şərh ()
Bağla