AZ

Netanyahunun şok planı: İsrail İranı belə vuracaq

Dünyanın diqqəti İsrailin İrana cavab verib-verməyəcəyinə yönəlib. ABŞ mətbuatı İsrailin İran planından yazıb. ABŞ rəsmiləri ilə görüşən NBC telekanalı Tel-Əvivin İranı necə hədəf alacağını dünyaya bəyan edib.

Publika.az xəbər verir ki, İsrailin xarici işlər naziri İsrail Katz dünyanın 32 ölkəsini İranın raket proqramına qarşı sanksiyalar tətbiq etməyə və İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımağa çağırır.

“Kan” ictimai yayımının məlumatına görə, İsrail İordaniya, Misir və Körfəz ölkələri kimi müttəfiq ölkələri məlumatlandırıb ki, cavab İranın onları əks-tədbirə qatmayacağı şəkildə verilməlidir.

Dörd ABŞ rəsmisi NBC telekanalına bildiriblər ki, İsrail cavab olaraq İrana birbaşa zərbələr endirmək əvəzinə İranın Suriyadakı milislər və ya Hizbullah kimi etibarlı qüvvələrinə zərbələr endirə bilər.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri İsrailin İranın nüvə obyektlərini vura biləcəyindən narahatdır.

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla