AZ

Roza Zərgərli Şəbnəmlə Vəfanı barışdırıb?

Müğənni Şəbnəm Tovuzlu "Rəngarəng səhər" verilişində bir müddət əvvəl qalmaqal yaşadığı müğənni Vəfa Şərifova ilə münasibətindən danışıb.

Teleqraf.com xəbər verir ki, Şəbnəm Tovuzlu Vəfa Şərifova ilə küsülülüyə davam etdiyini açıqlayıb:

"Roza Zərgərli mənə zəng etdi, o, mənim üçün çox dəyərli xanımdır. Qarşı tərəf də, mən də onun xətrinə dəymədik. Əgər bir şeyi ürəkdən istəyərəmsə, qarşı tərəflə özüm münasibəti bərpa edərəm. Kinli insan deyiləm. Barışmaq məsələsinə özüm və o xanım qərar verə bilər. Biz düşmən deyilik. Amma bizi barışdırmaq məsələsində kimsənin qarışmasını istəmirəm".

Qeyd edək ki, yaxın günlərdə müğənni Roza Zərgərli Vəfa Şərifova ilə Şəbnəm Tovuzlunu barışdırdığını açıqlamışdı.


Müəllif: Teleqraf.com
Seçilən
65
Mənbələr
Şərh ()
Bağla