AZ

Hindistanda avtomobil krana çırpılıb, 7 nəfər ölüb

Hindistanın Biharın Patna əyalətində sürət həddini aşan avtomobil krana çırpılıb.

APA “NDTV”ə istinadən xəbər verir ki, nəticədə 7 nəfər ölüb, 1 nəfər isə yaralanıb .

Ölənlərin arasında qadın və uşaq da var. Dörd nəfər hadisə yerində, üç nəfər isə Patna Mərkəzi Xəstəxanasına aparılarkən vəfat edib.

Daha bir nəfərin xəstəxanada müalicə olunduğu bildirilir.

Lamiyə Şirinova

Seçilən
42
1
Mənbələr
Şərh ()
Bağla