AZ

“Gürcüstan ölkədə növbəti xaos istəmir”- POLİTOLOQ

Dünən Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Deputat Mamuka Mdinaradze qanun layihəsi ilə bağlı çıxış edərkən, elə deputat yoldaşı Aleko Elisaşvil tərəfindən hücuma məruz qalıb. Bununla da parlamentdə deputatlar arasında qarşıdurma baş verib. Parlamentdən kənarda da gərginlik artıb. Qanun layihəsinə etiraz edən insanlar küçəyə axışıb. Polislə qarşıdurma yaşanıb. 14 nəfər saxlanılıb.

Bu qarşıdurmanı Şimalla Qərbin qarşıdurması kimi əlaqələndirmək olarmı? 

Movzu ilə bağlı sualımız cavablayan Tural İsmayılov qeyd etdi ki,“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi Gürcüstanda Qərbin ssenariləşdirdiyi müəyyən təhlükəli planların qarşısını almağa yönəlib:

“Gürcüstanın yeni seçilən hökumət ölkədə baş verə biləcək hər hansı bir xaosun, qarışıqlığın yaranmasını istəmir. Gürcüstanda 2008-ci il hadisələrindən sonra artıq milli dəyərlərə sahib çıxan, Qərb tərəfindən ölkəyə ixrac edilməyə çalışılan təhlükəli ssenarilərin fərqinə varan bir hökumət komandası formalaşıb. Yeni hökumət ölkəyə müxtəlif QHT-lər, donor təşkilatları və ictimai-siyasi institutlar adı altında ekspansiyalar həyata keçirməyə çalışan imperialist şəbəkələrin təhlükəli planın fərqindədir. Eyni zamanda, Gürcüstanda da ənənəvi Qafqaz düşüncə sisteminə və mentalitetinə uyğun olmayaraq, feminizm, LGBT hüquqları adı altında bir çox məsələlərdən istifadə edərək, siyasi təzyiq göstərməyə çalışırlar. Gürcüstan özünün milli adət-ənənəsinə, düşüncə sisteminə, milli identikliyinə uyğun gəlməyən, belə təhlükəli addımların, planların fərqindədir. Bunun üçün də Gürcüstan məsələdə qabaqlayıcı addımlar atmağa çalışır. Bütövlükdə Gürcüstanda qanun layihəsi təkcə xaricdən ölkəyə ixrac edilməyə çalışılan neoimperializmin qarşısını almağa kömək etmir. Bu həm də Gürcüstanda ənənəvi dəyərlər sistemin punktuna çevrilən yad dünyagörüşlərə qarşısında ciddi bir müqavimət yaradır”.

Emin ŞİRVANZADƏ

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla