AZ

Udulmuş saqqız həqiqətən yeddi il mədədə qalır? - HƏKİM AÇIQLADI

Həkim Saymon Trevis udulmuş saqqızın həqiqətən yeddi il mədədə qalıb-qalmadığını açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, körpə və uşaqlar udduqda saqqız onların bağırsaqlarına ilişir.

Onun sözlərinə görə, saqqızı udmaq tövsiyə olunmur, çünki bu, sağlamlığa zərərlidir:

“Amma udulmuş saqqızın 7 il mədədə qalması fikri yanlışdır. Bu sadəcə bir mifdir. Saqqızı udsanız, mədədən, bağırsaqdan keçərək dəyişməz olaraq çölə çıxacaq”.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla