AZ

Paşinyan tarixi yalanı ört-basdır edir - “Türkiyəyə qarşı iddiaçı ola bilmərik”

Ermənistan Osmanlı İmperiyasında baş verən “erməni soyqırımı” ilə bağlı iddiaçı ola bilməz.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının deputatı Ovik Ağazaryan qondarma soyqırımı qurbanlarının siyahıya alınması təklifinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ermənilər prosesə dəhşətli hadisə kimi baxmamalıdırlar.

Ağazaryan onu da qeyd edib ki, Ermənistan Türkiyəyə qarşı heç bir tələb olunan hüquqi akt təqdim edə bilməz:

“Çünki “soyqırımı” Osmanlı İmperiyasında baş verib. Biz o vaxt dövlət olaraq yox idik, ona görə də iddiaçı ola bilmərik. Dünyanın müxtəlif yerlərində yaşayan insanların (ermənilər) iddia qaldırması başqa bir şeydir.

Mən heç vaxt Ermənistanın bu mənada iddiaçı olmasının tərəfdarı olmamışam. Türkiyədən iddia edə bilmərik. Gəlin tələb edək ki, o torpaqları Ermənistan Respublikasına versinlər. Bu, hansı beynəlxalq normalara əsaslanır?”.

Ermənistan parlamentinin Müdafiə, Daxili İşlər və Təhlükəsizlik Komitəsinin sədri Andranik Köçəryan bundan əvvəl Baş nazir Nikol Paşinyanın qondarma soyqırımı ilə bağlı irəli sürülən rəqəmlərə inanmadığını açıqlayıb. Onun sözlərinə görə, baş nazir doğru rəqəmlərin üzə çıxarılmasını istəyir.

Köçəryanın açıqlaması Ermənistanın ictimai-siyasi çevrələrində təlaş yaradıb. Çünki arxivlər açılsa, yalanları da üzə çıxacaq.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
42
Mənbələr
Şərh ()
Bağla