AZ

Zelenskidən ABŞ Konqresinə etiraz: "Ukraynda baş verənlər heç kimin vecinə deyil"

"ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Consonun Amerikanın İsrail və Ukraynaya yardımını bölmək qərarı biabırçılıqdır".

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun fikrincə, əgər Konqres bu yardımı İsrail və Ukrayna arasında bölürsə, bu o deməkdir ki, bu, ABŞ-da seçki məsələsidir.

“Bu, sırf siyasətdir, Ukraynda baş verənlər heç kimin vecinə deyil, onları yalnız bəyənmə reytinqi maraqlandırır”, - deyə Zelenski bildirib.

Humay İSGƏNDƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
redaktor.az

1Mənbələr