AZ

Kemerondan ŞOK AÇIQLAMA: “İsrailə müdafiədə dəstək verən Britaniya Ukraynaya kömək etməyəcək”

Britaniya Ukraynaya İsrail kimi kömək etməyəcək.

İnterpress.az xəbər verir ki, bunu Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Devid Kemeron deyib.

Böyük Britaniya İsrailin müdafiəsi ilə bağlı olduğu kimi pilotsuz uçuş aparatlarına qarşı mübarizədə Ukraynaya birbaşa dəstək verməkdən çəkinib. Bu qərar münaqişənin gərginləşməsinə səbəb ola biləcəyi qorxusuna görə verilib.

Bundan əvvəl Böyük Britaniyanın baş naziri Rişi Sunak Kral Hərbi Hava Qüvvələrinin qırıcılarının bazar günü İsraili hədəf alan bir neçə İran pilotsuz təyyarəsini uğurla vurduğunu təsdiqləyib. Bununla bağlı mətbuat konfransında jurnalistlərdən biri Devid Kemerona sual verib ki, niyə Ukraynaya dəstək üçün belə addımlar atılmır.

“Biz ukraynalılara kömək etmək üçün digər ölkələrdən daha çox iş görmüşük. Biz 60 mindən çox Ukrayna əsgərinə təlim keçmişik və onları ilk olaraq tank əleyhinə silahlar, uzaqmənzilli artilleriya və tanklarla təmin etmişik”, – Kemeron bildirib.

Bununla belə, nazir Rusiya ilə birbaşa qarşıdurma səbəbindən Britaniya hərbi qüvvələrindən istifadənin risklərini qeyd edib.

“Təklif etdiyiniz məsələnin çətinliyi ondan ibarətdir ki, əgər siz daha geniş Avropa müharibəsi baxımından eskalasiyanın qarşısını almaq istəyirsinizsə, məncə NATO qoşunları ilə Rusiya qüvvələri arasında birbaşa qarşılıqlı əlaqədən qaçmaq lazımdır. Bu vəziyyətin gərginləşməsinə gətirib çıxara bilər”, – XİN rəhbəri vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
71
33
Mənbələr
Şərh ()
Bağla