AZ

Nicat 9 tura 3 xal toplayıb

Kanadanın Toronto şəhərində dünya şahmat tacına İddiaçıların turniri davam edir.

Nicat Abbasov 5-ci turda Hindistan təmsilçisi Dommaracu Qukeşə, ardından yenə bu ölkəni təmsil edən Rameşbabu Praqnanandhaya uduzub. 7-ci turda hindistanlı Vidit Santoşla görüş heç-heçə bitib. 28 yaşlı həmvətənimiz 8-ci turda rusiyalı Yan Nepomnyaşi ilə heç-heçəyə razılaşıb. Fabiano Karuana (ABŞ) ilə 9-cu turun görüşündə də qalib müəyyənləşməyib.

Xal durumu: Nepomnyaşi, Qukeş – 5,5, Praqnanandha – 5, Nakamura, Karuana, Santoş – 4,5, Firuzca – 3,5, Abasov – 3.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla