AZ

"İsrailə hucumun qarşısını almaqda həlledici rolu ABŞ oynadı" - Dövlət Departamenti

“İran bu həftə sonu İsrailə misli görünməmiş hava hücumu həyata keçirib. ABŞ  bunun qarşısını almaqda həlledici rol oynadı. Biz bundan qürur duyuruq. İsrailin təhlükəsizliyinin təmin olunması ABŞ-ın müqddəs vəzifəsidir”.

Azpost.info bildirir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı bəyan edib.

Onun sözlərinə görə, İranın PUA-larını və raketlərini ələ keçirmək üçün edilən müdafiə səyləri effektiv olub və əhəmiyyətli bir insan itkisi ilə nəticələnə biləcək hadisələrin qarşısını alıb. “Bu, ortaq uğur idi və Birləşmiş Ştatlar bunda həlledici rol oynamaqdan qürur duyur”.

Jurnalistlərin Ukraynanın da eyni hucuma hər gün məruz qaldığını, nə üçün ABŞ-ın eyni addımı atmadığı barədə sualı Milleri əsəbləşdirib.

Onun sözlərinə görə,  ABŞ administrasiyası Ukrayna üçün silah sistemlərinə milyardlarla dollar xərcləyir: “Biz Ukrayna xalqını Rusiyanın hücumlarından qorumaq üçün dünyanın hər yerindən hava hücumundan müdafiə sistemləri almağa çalışırıq. Mən bu sualı tamamilə rədd edirəm. Düşünmürəm ki, bu, ABŞ-ın Ukrayna ilə bağlı öhdəliyini dəqiq əks etdirmir. Biz ilk gündən Ukraynaya sadiqik və təcrübə də bunu subut edir. Mən hava hücumundan müdafiəni qeyd etdim. Bu, Rusiya ordusunun onlardan aldığı ərazilərin yarısını geri aldıqları sistemlərdir. Hesab edirəm ki, sual absurddur.  Çünki Ukrayna xalqını və Ukrayna ordusunu dəstəkləmək məsələsində bizim real vəziyyətimizə uyğun gəlmir”.

Azpost.info

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla